19 May 2024 15:29

Maşını səkidə idarə edən sürücü HƏBS OLUNDU – VİDEO

Azadsöz.az xəbər verir ki, paytaxtın Səbail rayonunda piyadaların hərəkətinə təhlükə yaradan “Mercedes” markalı, 90-OT-408 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Ağayev Cahangir Bəhlul oğlu polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Sürücü barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə C.Ağayev 5 sutka inzibati qaydada həbs edilib.