Azadsöz.az xəbər verir ki, Ucarda şəxsin iş yerində aldığı xəsarətlərdən ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.
Bu barədə Ucar rayon prokurorluğu məlumat yayıb.
Qeyd olunub ki, Kəlbəcər rayon sakini 1999-cu il təvəllüdlü Elvin Tağıyevin iş zamanı aldığı xəsarətlərdən mayın 7-də müalicə aldığı xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla “Electro-İndustries” QSC-nin elektrik quraşdırıcısı vəzifəsində işləmiş Elvin Tağıyevin aprelin 29-da “Mingəçevir REŞ” MMC-nin Ucar yarımstansiyasında aparılan yenidənqurma işləri zamanı elektrik cərəyanı vurması nəticəsində almış olduğu xəsarətlərdən mayın 7-si müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Ucar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, ibtidai istintaq davam etdirilir.
****
13:33
Azadsöz.az xəbər verir ki, Vətən Müharibəsi Qəhrəmanı, şəhid Cahangir Qurban oğlu Tağızadənin ailəsinə ağır itki üz verib.
Belə ki, Mingəçevir şəhərində yaşayan, Qarabağda aparılan lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olan Cahangir Tağızadənin qardaşı 1999-cu il təvəllüdlü Elvin Tağızadəni Ucar rayonunda elektrik cərəyanı vuraraq öldürüb.
Qeyd edək ki, 19 yaşlı şəhidimiz Cahangir Tağızadə əslən Kəlbəcərdəndır.
Zinhar Bəbişov