19 May 2024 20:10

Sərvət Ağayev Göyçayda bu məktəbə direktor təyin edildi

Azadsöz.az xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun 3 may 2024-cü il tarixli müvafiq əmrinə  əsasən, Ağayev Sərvət Tacı oğlu Göyçay şəhər Nizami Gəncəvi  adına 7 nömrəli tam orta məktəbə  direktor  təyin edilib.

Yeni  direktor  6 may  tarixində  Göyçay Rayon Təhsil Sektorunun müdiri Rauf Məmmədovun  iştirakı  ilə  kollektivə təqdim olunub.

Qeyd  edək ki,  Sərvət Ağayev bu vəzifəyə qədər  Göyçay şəhər Səməd Vurğun adına İnteqrasiya təlimli internat tipli gimnaziyanın direktoru  vəzifəsində  çalışıb.

Xatırladaq ki, sözügedən gimnaziyada direktor  vəzifəsinin icrası müvvəqqəti olaraq Yusifov Vüsal Nüsrət oğluna həvalə edilib.


Səbuhi Eltonlu