Azadsöz.az xəbər verir ki, Göyçay Sanitar Təmizlik İdarəsinin rəhbəri Ruslan Məmmədovun tapşırıq və göstərişinə əsasən rayonun Heydər Əliyev prospektində və küçlərində təmizlik işləri hər gün olaraq aparılır.Mövsümlə əlaqədar xəzəl yarpaqlarının və məişət tullantılarının toplanaraq ərazidən daşınması təmin olunur.
Qeyd edək ki, ekoloji tarazlığın qorunması üçün rayonun təmiz saxlanılması sakinlərdən xahiş olunur.