19 Sentyabr 2024 04:58

Göyçayda məktəbdə Yeni il şənliyi keçirildi-FOTO

Azadsöz.az xəbər verir ki, dekabrın 24-də  Göyçay  rayon Ziya Bünyadov adına 3 saylı tam orta məktəbdə  31 dekabr –Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni İl  bayramı münasibətilə yeni il şənliyi keçirilib.

Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Zivər Zeynalova, Göyçay  rayon Ziya Bünyadov adına 3 saylı tam orta məktəbin direktoru İlqar Rüstəmov, Mərkəzi Aran Regional Təhsil İdarəsinin Göyçay rayon üzrə sektor müdiri Rauf Məmmədov, “Göyçay” qəzetinin redaktoru Adil Məmmədov, müəllim və şagird kollektivi, valideynlər və digər qonaqlar iştirak ediblər.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə uşaqları təbrik edən  Zivər Zeynalova, məktəbin direktoru İlqar Rüstəmov, Rauf Məmmədov və Adil Məmmədov  onlara xoşbəxt və uğurlu həyat arzulayıblar.Tədbiri yüksək  səviyyədə təşkil etdikləri üçün əziyyəti olan hər kəsə təşəkkürlərini bildiriblər.

Tədbirin bədii hissəsində  məktəblərin  ifa etdikləri mahnılar  və təqdim etdikləri  səhnəciklər alqışlarla qarşılanıb.





kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com