19 Sentyabr 2024 04:54

Göyçayda təmizliklə bağlı iməclik keçirildi-FOTO

Azadsöz.az xəbər verir ki, dekabrın 24-də şəhər ərazisində və kəndlərdə ətraf mühitin təhlükəsizliyinin, insanların sağlamlığının təmin edilməsi, rayon ərazisinin təmiz saxlanılması məqsədilə kommunal, şəhər və kənd icra nümayəndələri, bələdiyyələr, sakinlər və digər qurumların iştirakı ilə daxili iməclik təşkil edilib.

Şəhərin müxtəlif ərazilərində baş tutan iməclik zamanı prospekt, küçə və yollarının kənarlarında yaşıllıqlara qulluq olunub, ərazilərdə olan qurumuş otlar, tullantılar təmizlənib, zibilliklər ləğv edilib, eyni zamanda digər abadlıq işləri görülüb.

Həmçinin rayonun Aşağı Qaraməryəm, Alpout, Alxasava, İnçə, Qarabaqqal, Çaxırlı, Məlikkənd, Şəhadət, İkinci Ərəbcəbirli, Qızılağac, Potu, Qaraman, Mırtı, Şəkər, Müskürlü, Qaraməryəm, Çərəkə və Ləkçılpaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklər tərəfindən suvarma arxlarında lil və çöküntülərdən, təbii qaz xəttlərinin üzəri kol-kosdan, yol kənarları məişət tullantıları, polietilen torbalardan təmizlənmiş, ərazilərdə abadlıq işləri aparılmış, yeni ağaclar əkilərək yaşıllıq zolaqlarına qulluq göstərilib.







 

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com