Azadsöz.az xəbər verir ki, 44 günlük Vətən müharibəsi iştirakçılarının sosial problem və qayğılarını operativ şəkildə həll etmək məqsədilə Göyçay rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev İcra Hakimiyyətinin inzibati binasında qazilərlə görüş keçirib.
Görüşü giriş sözü ilə açan rayon rəhbəri Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşü qalibiyyətlə başa çatdığını vurğulayıb. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu mənfur düşməni darmadağın edərək uzun illər işğal altında qalan torpaqlarımızı azad etdiyini, Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdiyini diqqətə çatdırıb.
Daha sonra görüşdə qazilərin qayğılarını dinləyən rayon rəhbəri onların həlli üçün göstərişlər verib.
Sonda qazilər göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.