Azadsöz.az xəbər verir ki, Göyçay rayonunda “Qırmızı Ürəklər” (“Red Hearts”) Fondu birinci və ikinci Qarabağ müharibəsi zamanı şəhid olan qəhrəman oğullarımızın əziz xatirəsini əbədiləşdirmək məqsədilə “Vətən Bağı” ağacəkmə layihəsi həyata keçirildi
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, “Qırmızı Ürəklər” (“Red Hearts”) Fondunun, Paşa Holdinq, Kapital Bank və rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən ağacəkmə aksiyasında rayon icra hakimiyyəti başçısının birinci müavini İkram Vəliyev, Red Hearts Yardım Fondunun Prezidenti Sevda Hagverdieva, “Kapital Bank”ın Göyçay filialının müdiri Rövşən Babayev, şəhid ailələri iştirak ediblər.
Göyçay şəhər Şəhidlər Xiyabanı ərazisində şəhidlik zirvəsinə ucalan igidlərin sayına uyğun olaraq 280 ədəd müxtəlif növ ağaclar əkilib. Layihə Azərbaycanın ekoloji mühitinə töhfə vermək məqsədi daşıyır.