23 Noyabr 2024 13:04

Göyçayda Çernobıl faciəsinin 38-ci ildönümü qeyd olunub – FOTOLAR

Azadsöz.az xəbər verir ki,  25 aprel 2024-cü ildə Çernobıl qəzasının 38-ci il dönümünə həsr olunmuş “Çernobıl – tarixin ən dəhşətli  texniki fəlakəti” mövzusunda tədbir keçirilib.

Çernobıl qəzası iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər.

Göyçay rayon icra hakimiyyətinin inzibati binasında davam edən tədbiri giriş sözü ilə rayon icra hakimiyyəti başçısının müavini Zivər Zeynalova açıb.

Çernobıl qəzası qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qeyd edilib ki, 1986-cı il aprelin 26-da Çernobıl atom elektrik stansiyasında qəza baş verib. Bu qəza bəşəriyyət tarixindəki ən böyük texnogen fəlakət idi. Qəza zamanı atom stansiyasının dördüncü reaktoru, yanaraq tamamilə məhv olmuşdur. Çernobıl qəzası, Avropa qitəsinin böyük bir hissəsinə və həmin ərazilərdə yaşayan həddindən çox insana zərər vurmuş bir fəlakət idi.

Tədbirdə Azərbaycan Respublikası Çernobıl Əlilləri İttifaqı İctimai Birliyinin rayon şöbəsinin sədri Şahnəzər Səlimov, Çernobıl qəzası əlili Mehman Eminov, Rayon Ağsaqqallar şurasının sədri Xəlil Orucov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik Hüquqi şəxsin 2 saylı Mərkəzi Aran Regional filialının direktoru İlqar Səmədov çıxış edərək 1993-cü ildə Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycanda “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Qanun qəbul edilməsindən və bu qanunun Çernobıl hadisələrində iştirak etmiş vətəndaşların sosial müdafiəsini, müalicəsini və digər hüquqlarının tanınmasından bəhs ediblər.

Sonda Çernobıl qəzası iştirakçılarını narahat edən problemlər dinlənilib və onların həlli üçün aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.

 

 

 

 

Ankara escort İstanbul Travesti Shemale İstanbul