Azadsöz.az xəbər verir ki, Ötən il 28 mindən çox şəxsə ali məktəb, kolleclərə qəbul üçün tibbi arayış təqdim edilib.
Bu barədə “Elektron Tibbi Arayış”xidmətinin təqdimat mərasimində çıxışı zamanı TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov deyib.
O qeyd edib ki, arayışlar sığorta çərçivəsində qarşılanmır.
“Arayışlar ödənişli əsaslarla təqdim edilir. Mayın 1-dən etibarən arayışları elektron şəkildə əldə etmək mümkün olacaq. 18 yaşınadək uşaqların, hərbi xidmətə çağırışla bağlı olan arayışlar vətəndaşlara pulsuz təqdim edilir”,- deyə V. Qurbanov bildirib.