Azadsöz.az xəbər verir ki, Milli Məclisdə yeni yaradılan 12 parlamentlərarası işçi qruplarına rəhbərlər seçilib.
Milli Məclisin bu gün keçiriləcən iclasında “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Milli Məclisin qərarına dəyişiklik edilib.
Layihəyə əsasən, Aydın Hüseynov Azərbaycan-Banqladeş, Elşən Musayev Azərbaycan-Brundi, Rəşad Mahmudov Azərbaycan-Efiopiya, Afət Həsənova Azərbaycan-Honduras, Sabir Rüstəmxanlı Azərbaycan-Kamerun, Kəmaləddin Qafarov Azərbaycan-Qvatemala, Rəfael Hüseynov Azərbaycan-Livan, Ramil Həsən Azərbaycan-Nepal, Emin Hacıyev Azərbaycan-Nigeriya, Pərvin Kərimzadə Azərbaycan-Panama, Cavid Osmanov Azərbaycan-Sudan və Elman Nəsirov Azərbaycan-Zimbabve parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbəri seçiliblər.