Azadsöz.az xəbər verir ki, Ədliyyə Nazirliyinin Aparatının strukturu dəyişib.
Bu, Prezident İlham Əliyevin fərmanı ilə “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin strukturu”na edilən dəyişiklikdə əksini tapıb.
Fərmana əsasən, Ədliyyə Nazirliyinin Aparatının strukturu aşağıdakı kimi olacaq:
Strateji planlaşdırma və monitorinq baş idarəsi
Qanunvericilik baş idarəsi
Ədliyyə sahəsində xidmətlər baş idarəsi
İcra baş idarəsi
Probasiya xidməti (baş idarə səlahiyyətli)
Bələdiyyələrlə iş mərkəzi (baş idarə səlahiyyətli)
İnsan resursları baş idarəsi
Beynəlxalq əməkdaşlıq idarəsi
İnsan hüquqları və kommunikasiya idarəsi
İstintaq idarəsi
Cəzaların icrasına nəzarət üzrə müfəttişlik (idarə səlahiyyətli)
İnformasiya texnologiyaları və innovasiyalar idarəsi
Katiblik (idarə səlahiyyətli)
Maliyyə və təminat idarəsi”
İndiyə qədər Ədliyyə Nazirliyinin aparatının strukturu aşağıdakı kimi idi:
Təşkilat-nəzarət baş idarəsi
Qanunvericilik baş idarəsi
Qeydiyyat və notariat baş idarəsi
İcra baş idarəsi
Bələdiyyələrlə iş mərkəzi (baş idarə səlahiyyətli)
Probasiya xidməti (baş idarə səlahiyyətli)
Beynəlxalq əməkdaşlıq idarəsi
İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsi
İstintaq idarəsi
Kadrlar idarəsi
Cəzaların icrasına nəzarət üzrə müfəttişlik (idarə səlahiyyətli)
Katiblik (idarə səlahiyyətli)
Maliyyə və təminat idarəsi
İnformasiya-kommunikasiya texnologiyaları idarəsi.