Azadsöz.az xəbər verir ki, 43 yaşlı Norveç yığmasının keçmiş hücumçu Con Karyu vergidən yayınmaqda ittiham olunduğu üçün həbs olunub.
Bu səbəbdən ona 14 aylıq həbs cəzası verilib. Bundan başqa, Karyu 45 min funt sterliq məbləğində cərimə edilib.
Norveç millisində 91 oyuna 24 qol vuran Karyu “Volerenqa”, “Rusenborq”, “Valensiya”, “Roma”, “Beşiktaş”, “Lion”, “Aston Villa”, “Stok Siti” və “Vest Hem”də çıxış edib.