29 Noyabr 2024 08:39

Türkiyə və Azərbaycandan daha bir əməkdaşlıq

Azadsöz.az xəbər verir ki, Türkiyə ilə Azərbaycan arasında ailə, qadın və uşaq siyasəti sahəsində birgə araşdırmalar davam edir. Bu çərçivədə yeni bir sənəd imzalanıb.

Sənəddə ailə dəyərlərinin təbliği, dəstəklənməsi və möhkəmləndirilməsi məqsədilə Türkiyə dövlətlərində “Türk Dünyası Ailə Festivalı” keçiriləcək. Ailə yönümlü xidmətlər, ailə təhsili, ailə məsləhət xidmətləri və psixososial dəstək sahələrində qarşılıqlı təcrübə mübadiləsi aparılacaq.

Əməkdaşlıq protokolu imzalanıb. Protokol 2023-2025-ci illəri əhatə edir. Uşaq hüquqlarının müdafiəsi üzrə çalışan mütəxəssislərə müxtəlif sahələr üzrə təlimlər keçiriləcək. Uşaqların müdafiəsi üzrə mobil qrupların işi ilə bağlı təcrübə paylaşılacaq. Qadınların səlahiyyətlərinin artırılması ilə bağlı iki ölkə arasında ən yaxşı təcrübənin qiymətləndirilməsi üçün ekspert görüşləri keçiriləcək.

Tematik işçi qrupları yaradılacaq. Məlumat və təcrübə qurumlar arasında paylaşılacaq. Birgə təlim proqramları, qarşılıqlı təhsil səfərləri, beynəlxalq görüşlər, seminarlar və bu kimi proqramlar təşkil olunacaq.

Ankara escort İstanbul Travesti Shemale İstanbul