17 May 2024 14:14

Göyçayda şəhidlərin ikinci ildönümü qeyd olundu-FOTO

Azadsöz.az xəbər verir ki, noyabrın 17-də  44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Göyçay  rayon sakini Həsənov Maarif Rahim oğlu və Yenikənd  kənd  sakini  Kərimli Azad Elşad oğlunun  ikinci ildönümü  məzarı önündə qeyd edildi.

Tədbirdə rayon İcra Hakimiyyəti başçısının birinci müavini  İkram Vəliyev , rayon İcra hakimiyyəti başçısı aparatının nümayəndələri,  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Pərviz Feyzullayev, Göyçay  rayon Polis  şöbəsinin rəisi  Müqalib Abdıyev, Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin Göyçay rayon şöbəsinin rəhbəri Eldəniz Rüstəmov, idarə, müəssisə və təşkilatların  rəhbərləri, qazilər, Vətən müharibəsi iştirakçıları, dindarlar, şəhid ailələri  və şəhidlərin ailə üzvləri iştirak edirdilər.

Əvvəlcə şəhidlərin əziz xatirəsi ehtiramla yad olunub, məzarları üzərinə gül dəstələri düzülüb.

Mərasimdə rayon İcra Hakimiyyəti başçısının birinci müavini  İkram Vəliyev  çıxış  edərək  şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyib.Bildirib ki, 2020-ci ilin 27 sentyabrında başlayan və Azərbaycanın ən yeni tarixinin şanlı səhifələrindən olan Vətən müharibəsi xalqımızın yaddaşına qızıl hərflərlə yazıldı. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin 44 gün ərzində göstərdiyi misilsiz şücaət və qəhrəmanlıq, xüsusilə də Şuşanın əfsanəvi azadedilmə əməliyyatı dünyanın diqqətini ölkəmizə yönəltdi.Azərbaycan xalqının 30 illik Vətən həsrətinə, yurd, el-oba niskilinə 44 gündə son qoyulduğunu  bildirən İ.Vəliyev şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək bizim mənəvi borcumuz  olduğunu  vurğulayıb.

Daha  sonra digər  natiqlər  çıxış  edərək  şəhidlərin qısa və şərəfli həyat yolundan bəhs ediblər.Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başa çatan Qələbənin tarixi əhəmiyyətindən danışıblar. Ordumuzun gücü, birliyimiz və həmrəyliyimiz sayəsində əldə olunan tarixi Qələbədə Azərbaycanın hansı mərhələlərdən keçdiyini diqqətə çatdırıblar.

Məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.

Şəhidlərimizin  adına  ehsan  süfrəsi  verilib.

Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Bir 5 kişi, ayakta duran insanlar, çiçek ve açık hava görseli olabilir

Bir 5 kişi, ayakta duran insanlar, açık hava ve ağaç görseli olabilir

Bir 6 kişi, ayakta duran insanlar, ağaç ve açık hava görseli olabilir

Bir 6 kişi, ayakta duran insanlar ve açık hava görseli olabilir

Bir 8 kişi, ayakta duran insanlar ve açık hava görseli olabilir

Bir 9 kişi, ayakta duran insanlar ve açık hava görseli olabilir

 

Bir 8 kişi, ayakta duran insanlar, açık hava ve ağaç görseli olabilir

Bir 4 kişi, oturan insanlar ve ayakta duran insanlar görseli olabilir

Bir 4 kişi, oturan insanlar, ayakta duran insanlar ve iç mekan görseli olabilir

Açıklama yok.

 

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.