Azadsöz.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbul cədvəlinə uyğun olaraq, SOCAR “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun müavini Ceyhun Şıxəliyev 10 noyabr 2022-ci il tarixdə Göyçayda vətəndaşları qəbul edib.
Görüşdə Göyçay və Ağdaş rayonlarından olan vətəndaşlar iştirak ediblər. Qəbul zamanı istehlak olunan təbii qaza görə yaranan debitor borcun hissə-hissə ödənilməsi üçün güzəşt olunması, istixananın qazlaşdırılması, habelə qeyri-əhali istehlakçı qrupuna aid səhv ödənişin bərpa olunması ilə bağlı müraciətlər daxil olub. Görüşdə vətəndaşların qaldırdıqları məsələlərin bir qismi yerindəcə həll olunub.
Baş direktorun müavini müraciətlərdə qaldırılan məsələlərin qısa müddət ərzində araşdırılması və müvafiq tədbirlərin görülməsi ilə bağlı Birliyin Ağsu və Zaqatala Regional qaz istismarı İdarələrinin rəhbər şəxslərinə tapşırıq verib. Daxil olan bütün müraciətlər qeydiyyata alınıb və qəbul iştirakçılarına ətraflı izahat verilib.