Azadsöz.az xəbər verir ki, “Azercell”in dəstəyi ilə İnformatika üzrə müəllimlər üçün olimpiada proqramı istiqamətində təkmilləşdirmə dərsləri təşkil olunacaq.
Şirkətin məlumatına görə, “Azercell Telekom” MMC-nin Elm və Təhsil Nazirliyi ilə tərəfdaşlığı çərçivəsində İnformatika fənni üzrə müəllimlərə olimpiadalara hazırlıq dərsləri təşkil olunacaq. Layihəyə qoşulacaq ümumtəhsil müəssisələrinin müəllimləri olimpiada proqramını mənimsəmək və bu istiqamətdə təkmilləşmək imkanı əldə edəcəklər. Bu təlimlərə tələbat məktəblilərimizin informatika üzrə uğurlarının artması nəticəsində yaranıb.
Qeydiyyatdan keçmək üçün aşağıdakı linkə daxil olmaq lazımdır:
https://www.oxuyan.az/exams/informatika-fenni-uzre-olimpiadalara-hazirliq-muellimleri-telimlerine-secme-imtahani-btbdqv