20 Sentyabr 2024 14:39

Göyçayda şəhidlərin ildönümü qeyd olundu

Azadsöz.az  xəbər  verir  ki, torpaqlarımızın bütövlüyü uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan  Göyçay rayonu Çayarxı kəndindən olan şəhid Toğrul Siyavşah oğlu Hacıyevin və Alpout kəndindən olan şəhid  Elvin Nizami oğlu Mikayılovun ildönümü məzarı önündə qeyd olundu.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Natiq  Ağayev, RİH başçısı aparatının əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Famil Əliyev, Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin Göyçay rayon şöbəsinin rəhbəri Eldəniz Rüstəmov,  idarə, müəssisə, təşkilatların, rayonunun hüquq-mühafizə orqanlarının rəhbərləri, qazilər,  Vətən müharibəsi iştirakçıları, şəhid ailələri, kənd  sakinləri  və şəhidin ailə üzvləri iştirak ediblər.

Mərasimdə  çıxış  edənlər bildirdilər ki,  Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin uğurlu siyasəti, şanlı ordumuzun rəşadəti, xalqımızın birliyi, həmrəyliyi, dəmir yumruq ətrafında birləşməsi sayəsində tarixi Qələbə qazandıq. Şanlı tarixi Qələbəmizdən 2 il keçməsinə baxmayaraq Azərbaycan xalqı zəfər dolu həmin günləri bu gün də minnətdarlıq hissi ilə xatırlayır. Hər bir Azərbaycan vətəndaşının  vətəninin qəhrəmanlarını tanımalı  olduğunu  və  onların keçdiyi həyat yolundan çox şeyləri öyrənmələrini diqqətə  çatdırıblar.

Məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.

Şəhidlərimizin  adına  ehsan  süfrəsi  verilib.

Sonda şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına və rayon rəhbərliyinə minnətdarlığını bildirib

 

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com