20 Sentyabr 2024 13:34

Şəhid Qismət Qasımovun ildönümü qeyd edildi-FOTO

Azadsöz.az xəbər verir ki, torpaqlarımızın bütövlüyü uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Şıxbəy  kənd  sakini Qismət Yolçu oğlu Qasımovun  ildönümü məzarı  önündə  qeyd  olundu. 

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Natiq  Ağayev, RİH başçısı aparatının əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Famil Əliyev, Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin Göyçay rayon şöbəsinin rəhbəri Eldəniz Rüstəmov,  idarə, müəssisə, təşkilatların, rayonunun hüquq-mühafizə orqanlarının rəhbərləri, qazilər,  Vətən müharibəsi iştirakçıları, şəhid ailələri, kənd  sakinləri  və şəhidin ailə üzvləri iştirak ediblər.

Əvvəlcə Şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.

Mərasimdə  çıxış  edənlər bildirdilər ki, 2020-ci ilin 27 sentyabr tarixi Azərbaycan xalqının yaddaşına bizi böyük Qələbəyə, şanlı Zəfərə aparan yolun başlanğıc tarixi kimi yazıldı. Qarabağ adlı haqq savaşımıza məhz o gün başladıq. 44 gün davam edən savaşda Azərbaycan Ordusu, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Qələbə qazandı. 30 ilə yaxın işğal altında qalan torpaqlarımız müzəffər ordumuzun, əsgər və zabitlərimizin şücaəti, qəhrəmanlığı sayəsində azad edildi. 10 noyabr tarixi yaddaşlara Zəfər Günü kimi yazıldı.Cəsur, igid Vətən oğulları doğma torpaqlarımız uğrunda son damla qanına qədər vuruşmaqdan bir an belə çəkinmədilər. Ölümün gözünə dik baxaraq əsl qəhrəmanlıq nümunəsi göstərdilər.Şanlı tarixi Qələbəmizdən 2 il keçməsinə baxmayaraq Azərbaycan xalqı zəfər dolu həmin günləri bu gün də minnətdarlıq hissi ilə xatırlayır.

Həmçinin tədbirdə şəhidimizin qısa və şərəfli həyat yolundan danışılıb.Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başa çatan Qələbənin tarixi əhəmiyyəti vurğulanıb.

Məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.

Tədbir  çərçivəsində mərasim iştirakçıları  Şıxbəy kənd  qəbirstanlığında uyuyan Birinci Qarabağ şəhidlərinin məzarlarını  ziyarət  edərək  üzərilərinə gül dəstələri düzüb və ruhlarına dualar oxuyublar.

Daha  sonra  kəndin  giriş hissəsində  şəhidimizin xatirəsinə   ucaldılan  fotolövhənin açılışı  olub. Açılışı bildirən qırmızı lent kəsilərək üzərindəki ağ örtük qaldırılıb, gül dəstələri düzülüb.

Sonda  şəhidimizin  adına ehsan süfrəsi verilib.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Qeyd  edək ki, Qismət Yolçu oğlu Qasımov 1993-cü ildə martın 5-də Göyçay rayonunun  Məlikkənd kəndində  anadan olub. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlayan Vətən Müharibəsində  iştirak  edib.Oktyabrın 25-də Ağdam uğrunda gedən döyüşlərdə şəhid  olub.Göyçay rayonunun Şıxbəy kəndində dəfn olunub.

Prezident  İlham Əliyevin  sərəncamına  əsasən  Qismət Qasımov ölümündən sonra “Vətən uğrunda”,  “Suqovuşanın azad  olunmasına görə” və “Cəsur döyüşçü”  medalları ilə təltif edilib.

 

 

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com