20 Sentyabr 2024 06:45

Şəhid Şirəli Adilovun anım günüdür

Azadsöz.az  xəbər  verir  ki, Vətən müharibəsində  qəhrəmanlıq  göstərərək  şəhid  olan  Göyçaylı şəhid Şirəli Adilovun bu gün anım günüdür. O, 1996-cı ildə Göyçay rayonunun Çaxırlı kəndində anadan olub. Ailəsilə birgə Bakı şəhər Nərimanov rayonunda yaşayıb.

Şirəli Adilov 2014-cü ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Nərimanov rayon üzrə Hərbi Komissarlığından hərbi xidmətə çağırılmış, Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, “N” saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət etmişdi.

O, 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində başlanmış şiddətli döyüşlər zamanı da igidlik göstərmişdi. Döyüşlərdən sonra xidmətinə davam edən əsgər Şirəli  2016-cı ildə hərbi xidmətdən tərxis olmuşdu. Ş.Adilov 2020-ci il iyulun 14 – də Tovuz döyüşləri zamanı da hərbi təlim toplantılarına qatılmışdı.

Şirəli Adilov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü atıcı olaraq iştirak etmiş, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdu. Cəsur həmyerlimiz 2020-ci il oktyabrın 25 – də döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid oldu. O, Nərimanov rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Şirəli Adilov ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib. Allah rəhmət eləsin.
kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com