23 Noyabr 2024 15:04

Göyçaylı Nursoltan Məmmədova hökm oxunub

Azadsöz.az xəbər verir ki, Göyçay  rayonunun Bığır kəndində  polisə müqavimət göstərərək ona xəsarət yetirən Bığır  kənd sakini
1994-cü il təvəllüdlü  Nursoltan Məmmədova  hökm  oxunub.

Göyçay Rayon Məhkəməsində hakim İbrahim Fəttahovun sədrliyi ilə keçirilən prosesdə Nursoltan Məmmədov 2 il ay 6 müddətinə azadlıqdan məhrum edilib.

Qeyd  edək  ki, 2022-ci ilin  aprelin  27-də sərxoş vəziyyətdə rayon icra hakimiyyəti başçısının kənd üzrə nümayəndəliyinin inzibati binasına Nursoltan Məmmədov  gələrək heç bir əsaslı səbəb olmadan dövlət qurumunda nalayiq ifadələr işlədib, pəncərənin şüşəsini sındırıb və hadisə yerinə gələn sahə müvəkkili, polis mayoru Şahin Xalidovun qanuni tələblərinə məhəl qoymayaraq inzibati binanın divarına bərkidilmiş lövhəni sındıraraq bir hissəsi ilə sonuncuya xəsarət yetirib. Bundan başqa, N.Məmmədov polis mayoruna yumruq zərbəsi endirməklə yanaşı, onun kürək nahiyəsindən təpiklə də vurub.

Ankara escort İstanbul Travesti Shemale İstanbul