Azadsöz.az xəbər verir ki, 21 oktyabr 2022-ci il tarixdə Energetika naziri Pərviz Şahbazov Göyçayda vətəndaşların qəbulu ilə əlaqədar növbəti səfəri çərçivəsində Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin Göyçay rayon şöbəsinin inzibatı binasında yaradılan şəraitlə tanış olub.
Görüşdə rayon İcra Hakimiyyəti başçısının birinci müavini İkram Vəliyev, Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin Göyçay rayon şöbəsinin rəhbəri Eldəniz Rüstəmov və şəhid Orxan Kərimlinin atası Akif Kərimli iştirak edib.
Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin Göyçay rayon şöbəsinin rəhbəri Eldəniz Rüstəmov görülən işlərlə bağlı nazirə ətraflı məlumat verib. Görüş əsnasında nazir Göyçay şəhidlərinin daha da yaxından tanıdılması üçün Göyçay Heydər Əliyev parkının giriş hissəsinin qısa zamanda manitorla təmin edilməsinə göstəriş verib.