Azadsöz.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşları qəbul edir, onların müraciətlərini dinləyir, qaldırdıqları məsələlərin müsbət həll olunması üçün tədbirlər görürlər.
Qəbul cədvəlinə müvafiq olaraq, 21 oktyabr 2022-ci il tarixdə Energetika naziri Pərviz Şahbazov Göyçay rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.
Qəbul zamanı vətəndaşlar elektrik enerjisi təchizatı, elektrik enerjisi verilişinin keyfiyyəti, elektrik xətti, qurğu və avadanlıqlarının istismar vəziyyəti, şəbəkəyə qoşulma, işlə təminat və digər məsələlərlə bağlı müraciətlərini diqqətə çatdırıblar.
Nazirliyin müvafiq struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciətləri dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün lazımi tapşırıqlar verilib. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara göndərilməsi üçün qeydə alınıb.
Qeyd edək ki, qəbulda Göyçay, Ucar, Bərdə və Şəki rayonlarından olan 14 vətəndaş iştirak edib.