20 Sentyabr 2024 07:35

Şəhidlərin ildönümü qeyd olundu-FOTO

Azadsöz.az xəbər verir ki, torpaqlarımızın bütövlüyü uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Potu kənd sakini Əliyev Elnur Ərəstun oğlu və Qarayazı kənd sakini Hüseynov İlham Umud oğlunun ildönümü məzarları  önündə  qeyd  olundu.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Natiq  Ağayev, RİH başçısı aparatının əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Famil Əliyev, Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin Göyçay rayon şöbəsinin rəhbəri Eldəniz Rüstəmov, YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov, idarə, müəssisə, təşkilatların, rayonunun hüquq-mühafizə orqanlarının rəhbərləri, qazilər,  Vətən müharibəsi iştirakçıları, şəhid ailələri, ictimaət nümayəndələri  və şəhidin ailə üzvləri iştirak ediblər.

Əvvəlcə şəhidlərin əziz xatirəsi ehtiramla yad olunub, məzarları üzərinə gül dəstələri düzülüb.

Mərasimdə  çıxış  edənlər bildirdilər ki,  Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin uğurlu siyasəti, şanlı ordumuzun rəşadəti, xalqımızın birliyi, həmrəyliyi, dəmir yumruq ətrafında birləşməsi sayəsində tarixi Qələbə qazandıq. Şanlı tarixi Qələbəmizdən 2 il keçməsinə baxmayaraq Azərbaycan xalqı zəfər dolu həmin günləri bu gün də minnətdarlıq hissi ilə xatırlayır. Hər bir Azərbaycan vətəndaşının  vətəninin qəhrəmanlarını tanımalı  olduğunu  və  onların keçdiyi həyat yolundan çox şeyləri öyrənmələrini diqqətə  çatdırıblar.

Həmçinin tədbirdə şəhidlərimizin qısa və şərəfli həyat yolundan bəhs olunub, xatirələri dilə gətirilib.Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başa çatan Qələbənin tarixi əhəmiyyətindən danışılıb.

Məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.

Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Açıklama yok.

 

Açıklama yok.
Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

 

 

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com