27 İyul 2024 17:54

Şəhid Əli Eyvazovun ildönümü qeyd edildi-FOTO

Azadsöz.az  xəbər  verir ki, 44  günlük  Vətən müharibəsində qanı ilə  tarix yazaraq  şəhidlik zirvəsinə ucalan  Əli Sehran oğlu Eyvazovun  ikinci  ildönümü Göyçay  Şəhidlər Xiyabanında  şəhidin məzarı önündə qeyd olunub.

Tədbirdə  rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev, RİH başçısı aparatının əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Famil Əliyev, Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin Göyçay rayon şöbəsinin rəhbəri Eldəniz Rüstəmov, idarə, müəssisə və təşkilatların  rəhbərləri, qazilər, Vətən müharibəsi iştirakçıları, dindarlar, şəhid ailələri,  ictimaət nümayəndələri  və şəhidin ailə üzvləri iştirak ediblər.

Əvvəlcə Şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev  çıxış edərək  şəhidimizin ailəsinə dərin hüznlə başsağlığı verib, Allahdan rəhmət və səbr diləyib.Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin uğurlu siyasəti, şanlı ordumuzun rəşadəti, xalqımızın birliyi, həmrəyliyi, dəmir yumruq ətrafında birləşməsi sayəsində tarixi Qələbə qazandığımızı vurğulayıb. “Bu gün bu torpağın üzərində baş dik gəziriksə, buna görə Birinci və İkinci Qarabağ müharibəsində canlarını fəda edən şəhidlərə, sağlamlığını Vətən yolunda itirən qazilərə borcluyuq”, – deyən rayon rəhbəri igid, qəhrəman oğullarımızla hər bir Azərbaycan vətəndaşının fəxr edib, qürur duyduğunu qeyd edib.

Daha  sonra  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Famil Əliyev, Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin Göyçay rayon şöbəsinin rəhbəri Eldəniz Rüstəmov  və  digərləri  çıxış edərək, Əli Eyvazovun qısa və şərəfli həyat yolundan bəhs edib, xatirələr dilə gətiriblər.

Məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.

Sonra mərasim şəhidimizin  məzunu olduğu Göyçay şəhər Rəsul Rza adına 1 saylı tam orta məktəbdə davam  edib.Tədbir iştirakçıları məktəbin Əli Eyvazov adlandırılan sinfinə keçərək  qəhrəmanımızla  bağlı  xatirələrini bölüşüblər.

Sonda  şəhidimizin  adına ehsan süfrəsi verilib.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.