Azadsöz.az xəbər verir ki, qanı ilə tarix yazaraq şəhidlik zirvəsinə ucalan Əli Eyvazovun ikinci ildönümüdür. Əli Seyran oğlu Eyvazov 2001-ci il iyunun 30-da Göyçay rayonunun Şəkər kəndində anadan olub.
2018-ci il iyulun 3-də Həqiqi hərbi xidmətə çağrılıb. Beyləqan rayonunun N saylı hərbi hissəsinə 1 il 3 ay xidmət etdikdən sonra 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Füzuli rayonu istiqamətində gedən döyüşlərdə iştirak edib.14 oktyabrda Füzuli rayonu uğurunda gedən döyüşlərdə şəhid olub. Göyçayda Şəhidlər Xiyabanında dəfn olunub.
Xatırladaq ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən, Əli Eyvazov ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.