Azadsöz.az xəbər verir ki, bu gün Vətən Müharibəsində şəhid olan Xəyal Həsənovun ikinci ildönümüdür. Xəyal Zeynəddin oğlu Həsənov 2002-ci il aprelin 16-da Göyçay rayonunun Qaraman kəndində anadan olub.Hacı Rəhim Əfəndi adına Qaraman kənd tam orta məktəbini bitirib.Peşə liseyini bitirmədən könüllü olaraq orduya yazılıb. 2020-ci ilin mayın 27-də həqiqi hərbi xidmətə yollanıb.
Ermənilərin təxribatından sonra ərizəsi ilə ön cəbhəyə yollanıb.2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində iştirak edib.14 oktyabrda Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.Qaraman kəndində dəfn olunub.
Xatırladaq ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən, Xəyal Həsənov ölümündən sonra “Vətən uğrunda” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.