Azadsöz.az xəbər verir ki, Göyçay Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayonun Şah.İ. Xətai küçəsində mövcud olan problem müsbət həllini tapıb.
Belə ki, qış aylarında həm nəqliyyat vasitələrinin, həm də piyadların rahat şəkildə gediş-gəlişinin təmin etmək üçün, sözügedən küçəyə asfalt örtüyü vurulub.
Qeyd edək ki, yol infrastrukturunun düzgün şəkildə qurulması və vətəndaşların rahatlığını təmin etmək məqsədilə rayonun ehtiyac olan küçələrinin asfaltlanması üçün zəruri tədbirlər görülməkdədir.