29 Noyabr 2024 00:51

Şəhid Orxan Kərimlinin ildönümü qeyd edildi-FOTOLAR

Azadsöz.az  xəbər  verir  ki, 44 günlük  Vətən müharibəsində  qanı  ilə  tarix  yazaraq,  şəhidlik zirvəsinə  ucalan Orxan Akif oğlu Kərimlinin  ikinci ildönümü Göyçay  Şəhidlər Xiyabanında  şəhidin məzarı önündə qeyd olunub.

Tədbirdə  rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev, RİH başçısı aparatının əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Famil Əliyev, Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin Göyçay rayon şöbəsinin rəhbəri Eldəniz Rüstəmov, idarə, müəssisə və təşkilatların, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin döyüş yoldaşları, qazilər, Vətən müharibəsi iştirakçıları, dindarlar, şəhid ailələri,  ictimaət nümayəndləri  və şəhidin ailə üzvləri iştirak ediblər.

Əvvəlcə Şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.

Daha sonra  tədbir iştirakçıları  şəhidimizına  adına  verilmiş  küçədə  tikilmiş  xatirə bulağının açılışını edib.İlk olaraq bulağın açılışını bildirən  qırmızı lent kəsilərək üzərindəki ağ örtük qaldırılıb, önünə gül dəstələri düzülüb.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev  çıxış edərək  şəhidimizin ailəsinə dərin hüznlə başsağlığı verib, Allahdan rəhmət və səbr diləyib.Bildirib ki, 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsi bir daha sübut etdi ki, Prezident İlham Əliyevin gücü, siyasi iradəsi sayəsində müstəqil Azərbaycan milli kimliyi və malik olduğu siyasi potensialı ilə tarixi taleyini həll etməyə qadir olan bir dövlətdir. 44 günlük Vətən müharibəsi göstərdi ki, Azərbaycan Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında şanlı ordumuzun gücü və qüdrəti sayəsində üzərinə düşən bütün tapşırıqların öhdəsindən layiqincə gələ bilər. “Qarabağ Azərbaycandır!” deyərək haqq savaşına çıxan, 30 illik həsrətə son qoyan Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri bizlərə uzun illər yaddaşlara əbədi həkk olunacaq şanlı bir Zəfər bəxş etdilər.

Sonra  digər  natiqlər  çıxış  edərək şəhid  Orxan Kərimlinin  qısa və şərəfli həyat yolundan bəhs edib, xatirələr dilə gətiriblər. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başa çatan Qələbənin tarixi əhəmiyyətindən danışıblar.Şəhidlik zirvəsinə ucalan Orxan kimi oğullarımızla tək bu gün deyil, illər ötsə belə gələcək nəsillərin qürur duyacağını söyləyiblər.

Məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.

Tədbirin sonunda şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Şəhidimizin  adına ehsan süfrəsi verilib.

Xatırladaq ki, Orxan Akif oğlu Kərimli 2001-ci il oktyabrın 6-da Göyçay şəhərində  anadan  olub.2007-ci ildə Göyçay rayonu, Nizami  Gəncəvi adına  7 saylı  orta məktəbin 1-ci sinfinə gedib.2018-ci ildə  orta  məktəbi  bitirib.Həmin ildə Naxçıvan Dövlət Universitetinin “Hüquqşünaslıq”  ixtisasına qiyabi daxil  olub.2019-cu il  oktyabrın  9-da hərbi  xidmətə  yollanıb.

Orxan Kərimli  2020-ci il sentyabrın 27-də  başlayan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak  edib. Oktyabrın 9-da Murovdağ  döyüşləri zamanı şəhid olub. Göyçayda Şəhidlər Xiyabanında dəfn olunub.

Prezident İlham Əliyevin Sərəncamına əsasən, Orxan Kərimli ölümündən sonra  “Vətən uğrunda”, “Cəsur döyüşçü”, Qubadlının azad olunmasına görə”, Kəlbəcərin azad olunmasına görə” medalları  ilə təltif edilib.

Bir 8 kişi, ayakta duran insanlar ve açık hava görseli olabilir

Bir 6 kişi, ayakta duran insanlar, çiçek ve açık hava görseli olabilir

Bir 5 kişi, ayakta duran insanlar, açık hava ve ağaç görseli olabilir

Bir 9 kişi, ayakta duran insanlar, ağaç ve açık hava görseli olabilir

Bir 7 kişi, ayakta duran insanlar ve açık hava görseli olabilir

 

Bir 8 kişi, ayakta duran insanlar ve açık hava görseli olabilir

Bir 3 kişi, ayakta duran insanlar, ağaç ve açık hava görseli olabilir

Bir 11 kişi, ayakta duran insanlar ve açık hava görseli olabilir

Bir 4 kişi, ayakta duran insanlar ve açık hava görseli olabilir

Bir 9 kişi ve ayakta duran insanlar görseli olabilir

 

Ankara escort İstanbul Travesti Shemale İstanbul