04 May 2024 08:28

Fərqliliyimiz Uğurumuzdur

WhatsApp bu tarixdə bəzi smartfonlardan silinəcək

“Azadsöz.az”  xarici KİV-ə istinadən xəbər verir ki, WhatsApp mobil operatoru oktyabrın 24-də köhnəlmiş smartfonlarda deaktiv ediləcək. Tətbiq 2012-ci ilin sentyabrında buraxılmış “iPhone 5” və “iPhone 5C” smartfonları tərəfindən istifadə oluna bilməyəcək. 

Qeyd edək ki, adıçəkilən modellərin istehsalı müvafiq olaraq 2013-cü ilin payızında və 2015-ci ilin sentyabrında dayandırılıb. İstifadəçi xidmətdən istifadəni davam etdirmək istəyirsə, o, yeni, daha müasir cihaz almalı olacaq.