18 May 2024 17:48

Göyçayda 27 sentyabr – Anım Günü qeyd olundu-FOTO

Azadsöz.az xəbər verir ki, Göyçay  rayonunun Şəhidlər  Xiyabanında  27 sentyabr Anım Günü ilə bağlı tədbir keçirilib. 

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev, RİH başçısı aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, müharibə əlilləri, KİV nümayəndələri, minlərlə rayon sakinləri  iştirak ediblər.

Rayon  rəhbəri, rayonun rəhbər  şəxsləri tərəfindən şəhidlərin məzarlarına və soyqırım qurbanlarının abidə komplekslərinin önünə gül dəstələri düzərək, şəhidlərin məzarlarını ziyarət ediblər.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev çıxış edərək  şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyib.Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində şanlı tarix yazan oğullarımızın, şəhidlərimizin, qazilərimizin döyüş yolundan söz açan rayon rəhbəri onların hər birinin bir qəhrəman olduğunu və bu gün hər kəsin onlarla fəxr etdiyini, qürur duyduğunu qeyd edib. 

Şəhid ailələrinin və qazilərin daim dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu vurğulayan İkram Vəliyev  27 Sentyabr – Anım Gününün təsis edilməsini ölkə başçısı tərəfindən şəhidlərin xatirəsinə sonsuz ehtiramın, eləcə də şəhid doğmalarına həssas münasibətin bariz nümunəsi olduğunu diqqətə çatdırıb. 

Sonra Milli Məclisin deputatı Məzahir Əfəndiyev, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Göyçay rayon şöbəsinin rəisi Famil Əliyev, Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Sahib Şükürov, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Göyçay rayon bölməsinin nümayəndəsi Əzim Rəfiyev, rayon ziyalısı Respublikanın Əməkdar müəllimi Pərviz Yəhyalı, şəhid Elvin Mikayılovun atası Nizami Mikayılov, şəhid Xəyyam Hüseynovun atası Hüseyn Hüseynov, şəhid Orxan Kərimlinin atası Akif Kərimli,  Şəhid Ailələrinə Qayğı Cəmiyyətinin rayon şöbəsinin sədri Eldəniz Rüstəmov  və döyüş bölgəsində ön cəbhədə yaralı əsgərlərimizə xidmət göstərmiş rayon Mərkəzi Xəstəxanasının bir qrup həkimi adından Təcili Tibbi yardım şöbəsinin həkimi Vüsal Əzizov çıxış edərək  44 gün davam edən Vətən Müharibəsində Azərbaycan Ordusunun işğalçı Ermənistanın ordusunun qoşunlarını darmadağın edərək, böyük tarixi qələbəyə nail olduğunu, qələbəmizi təmin edən Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, qalib ordumuzun əsgər və zabitlərinə, qazilərimizə, bütün şəhidlərimizə sonsuz minnətdarlıqlarını ehtiramla bildiriblər.

Məktəblilər  şəhidlərimizin xatirəsinə hazırladığı ədəbi-bədii kompozisiya  çıxış  edərək  vətənpərvərlik mövzusunda şeirlər  səsləndiriblər.

Daha  sonra  Şəhidlər Xiyabanında 100 ədəd müxtəlif növ ağac əkilib.

Saat 12:00-da bütün Respublika ərazisində olduğu kimi Göyçay rayonunda da Anım gününün qeyd olunması ilə bağlı ölkə Prezidentinin imzaladığı Sərəncama əsasən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Göyçayda 27 sentyabr – Anım Günü qeyd olundu

Göyçayda 27 sentyabr – Anım Günü qeyd olundu

Göyçayda 27 sentyabr – Anım Günü qeyd olundu

Göyçayda 27 sentyabr – Anım Günü qeyd olundu

Göyçayda 27 sentyabr – Anım Günü qeyd olundu

Göyçayda 27 sentyabr – Anım Günü qeyd olundu

Göyçayda 27 sentyabr – Anım Günü qeyd olundu

Göyçayda 27 sentyabr – Anım Günü qeyd olundu

Göyçayda 27 sentyabr – Anım Günü qeyd olundu