27 İyul 2024 08:14

“Dövlət İmtahan Mərkəzi hər bir insanın öz gücünü qiymətləndirməsi üçün geniş imkanlar yaradacaq”-Məleykə Abbaszadə

“Burada, həmçinin sınaq imtahanlarının keçirilməsi nəzərdə tutulur. Dövlət İmtahan Mərkəzi hər bir insanın öz gücünü qiymətləndirməsi üçün geniş imkanlar yaradacaq”.

Azadsöz.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə elektron imtahanlar korpusunda jurnalistlərə müsahibəsində söyləyib.

O deyib: “Yəqin ki müəyyən bir vaxtda imtahan modeli dəyişə bilər. Lakin bu dəyişiklikdən əvvəl hüquqi addımlar atılmalıdır”.