Azadsöz.az xəbər verir ki, Rusiyanın İjevsk şəhərində yerləşən 88 saylı məktəbdə atışma nəticəsində 10 nəfər ölüb, onlardan beşi məktəblidir.
Yaralanan şagirdlərin sayı 17-ə yüksəlib. Onların bəziləri yuxarı mərtəbələrdən tullanaraq güllələrdən xilas olublar.
Yeddi yaşında olan altı uşağa hazırda təcili yardım göstərilir. Onlardan ikisinin vəziyyəti ağır, dördünün vəziyyəti isə orta-ağırdır. Bunların bəziləri güllə yaraları, digərləri isə pəncərədən tullanma nəticəsində yaranan sınıqlardır.
Məktəblilərə atəş açan şəxsin intihar etdiyi bildirilir.
***
12:00
Azadsöz.az xəbər verir ki, Rusiyanın İjevsk şəhərində orta məktəblərin birində atışma olub.
Verilən məlumata görə, hadisə nəticəsində mühafizəçi və bir neçə uşaq yaralanıb. Bildirilir ki, dərs zamanı qara geyimli naməlum şəxs sinif otağına girərək atəş açıb. Məktəb direktoru yaralı yeniyetmələrlə kabinetdə gizlənməyə müvəffəq olub.
Polis və Milli Qvardiya hadisə yerindədir.
Məlumata görə, atəş açan şəxs hələ də saxlanılmayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları onun axtarışlarını davam etdirirlər.
Qeyd edək ki, bu, Rusiyada bu gün yaşanan ilk atışma hadisəsi deyil. Bundan əvvəl məlum olmuşdu ki, Ust-İlimskdə bir nəfər çağırış məntəqəsində hərbi komissara atəş açıb və onu ağır yaralayıb, həmçinin Uryupinskdə 35 yaşlı şəxs hərbi komissarlığın qarşısına park etdiyi avtomobilini yandırıb.