Azadsöz.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi Vətən müharibəsi qazisi, polkovnik Elşən Umarovun övladının təhsili ilə bağlı 227 nömrəli tam orta məktəbə müraciəti zamanı direktorun ona qarşı kobud rəftarı məsələsinə münasibət bildirib.
BŞTİ-nin məlumatına görə, Elşən Umarovun övladının təhsilini davam etdirməsi üçün Bakı şəhəri 227 nömrəli tam orta məktəbə müraciəti zamanı məktəb direktoru Sevinc Hüseynova tərəfindən ona qarşı kobud rəftar edilməsi ilə bağlı idarə tərəfindən araşdırma aparılıb:
“Araşdırmanın nəticələrinə əsasən, məktəbin direktoru Sevinc Hüseynovaya əmək fəaliyyəti zamanı yol verdiyi nöqsanlara, vətəndaş qəbulu qaydalarına uyğun vəzifə funksiyalarını düzgün yerinə yetirmədiyinə, “Müəllimlərin etik davranış qaydaları”nın tələblərini pozduğuna və müəllim nüfuzuna xələl gətirən hallara yol verdiyinə görə intizam tənbehi kimi töhmət verilib.