Azadsöz.az xəbər verir ki, Mərkəzi İcra Hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən mədəniyyət naziri Anar Kərimov tərəfindən sentyabrın 23-də Ağdaş rayon Heydər Əliyev Mərkəzində Ağdaş, Göyçay, Zərdab və Ucar rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.
Nazirliyin məlumatına əsasən vətəndaşlar sentyabrın 19-dək nazirliyin info@culture.gov.az elektron poçt ünvanı, (012) 493-74-24 telefon nömrəsi vasitəsilə və vatsap xidmətinə (0 777 147 147) müraciət etməklə qəbula yazıla bilərlər.