“Azadsöz.az” Göyçay rayon İcra Hakimiyyətinin rəsmi saytına istinadən xəbər verir ki, 20 sentyabrda Göyçay rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev və YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törətdikləri genişmiqyaslı təxribatların qarşısını alarkən yaralanan və hazırda Gəncə şəhərində Hərbi hospitalda müalicə alan Göyçay rayon sakini mayor Quliyev Səxavət Rahil oğlunu ziyarət ediblər.
İ.Vəliyəv və S.Şükürov yaralı hərbiçimizlə görüşərək onunla həmsöhbət olub, səhhəti, reabilitasiya prosesi və qayğısı ilə maraqlanıb, tezliklə sağalmasını arzulayıblar.
Hərbçimiz aparılan müayinə və müalicənin gedişindən razılığını bildirib.
Ona göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edib.