Azadsöz.az xəbər verir ki, yarışda rəqiblər güclü olduğundan medallar uğrunda mübarizə asan olmayıb.
Bu barədə “gənclər” yaş kateqoriyasında gimnastlar arasında qadın idman gimnastikası üzrə 8-ci Bakı açıq çempionatında və Bakı açıq birinciliyində çoxnövçülükdə iki qızıl medal qazanan Azərbaycan idmançısı Albina Əliyeva (2009-2011-ci il təvəllüdü) deyib.
“Yarışlar əla keçdi, hər şeyi bəyəndim. Bu gün mən mürəkkəb elementləri nümayiş etdirdim. Məşq çətin idi, amma medal qazananda və yarışlarda yaxşı nəticələr əldə edəndə başa düşürsən ki, bütün səyləri boşa getməyib. Medal qazanmaq həmişə xoşdur, hər bir mükafat mənim üçün əzizdir”, – deyə “Ocaq İdman” klubunun yetirməsi bildirib.