08 Sentyabr 2024 05:16

Şəhid Şahkərəm Qurbanovun anadan olmasından 50 il ötür

Azadsöz.az xəbər verir ki, bu gün Birinci Qarabağ  müharibəsində torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Şahkərəm Qurbanovun  anadan olmasından 50 il ötür.

Şahkərəm Böyükağa oğlu Qurbanov 1972 – ci il sentyabrın 20 -də Göyçay şəhərində anadan olub. Məhəmməd Füzuli adına Göyçay şəhər 6№-li tam orta məktəbi  bitirdikdən sonra 106  saylı  texniki-peşə məktəbində sürücülük peşəsinə yiyələnib.

Şahkərəm Qurbanov 1992 – ci ilin iyununda torpaqlarımızın müdafiəsi üçün döyüş bölgəsinə yollanıb.Bir çox döyüşlərdə fəal iştirak edib.Son döyüşü 1993 – cü ilin fevralında Qazax  rayonunun Lələ kəndi  ətrafında olub.Bu qızğın və ağır döyüşdə  böyük cəsarət göstərən Şahkərəm son anda özünü əl qumbarası ilə  partladaraq şəhid olub. Göyçay Şəhidlər Xiyabanında dəfn olunub.