Azadsöz.az xəbər verir ki, Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən nazirliyin hərbi qulluqçuları Göyçay rayonunda olublar.
Hərbi qulluqçular sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətində törədilmiş təxribatın qarşısını alarkən qəhrəmancasına şəhid olan Göyçay rayonunun Şəkər kənd sakini Elnur Nərbala oğlu Məhərrəmovun məzarını ziyarət edərək üzərinə gül dəstələri düzüb və ruhuna dualar oxuyublar.
Daha sonra hərbi qulluqçular şəhidimizin yas mərasimində iştirak edərək şəhid olan hərbiçilərimizin döyüş yolunda və göstərdikləri igidlikdən söhbət açıblar.