05 May 2024 12:11

Fərqliliyimiz Uğurumuzdur

Göyçayda məktəbli tüfənglə özünü yaraladı

Azadsöz.az xəbər verir ki, Göyçaya qonaq  gedən Sumqayıt sakini, 2011-ci il təvəllüdlü İsmayıl Fərzəlizadə qonaq getdiyi evdə tir tüfəngi ilə oynayarkən atəş açıb. Azyaşlı ehtiyatsızlıqdan özünə xəsarət yetirib.

Hazırda uşaq evdədir, vəziyyətinin normal olduğu bildirilir.

Qeyd edək ki, İsmayıl Fərzəlizadə 6-cı sinif şagirdidir.