Azadsöz.az xəbər verir ki, Göyçay Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayonun Mehdi Hüseynzadə küçəsində Mənzil İstismar İdarəsinin tikinti və bərpa briqadası tərəfindən sakinlərin gediş-gəlişi üçün rahatlığı təmin etmək məqsədi ilə dağılmış bardyorlar yenilənir.
Bununla yanaşı küçədən keçən suvarma arxının lil və çöküntülərdən təmizlənərək üzərinə körpü salınması nəzərdə tutulub.
Qeyd edək ki, aparılan abadlıq quruculuq işləri rayonda böyük ruh yüksəkliyi ilə davam edir.