23 Noyabr 2024 12:54

Xəzər Rayon Binə qəsəbəsində ehsan süfrəsi verilib

Azadsöz.az xəbər verir ki,  “Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək” İctimai Birliyi və “Fazil Palace” nın birgə təşkilatçılığı ilə Şəhid ailələri, Vətən müharibəsi əlilləri və veteranlar üçün ehsan süfrəsi təşkil olunub.

Məclisdə Xəzər rayon icra hakimiyyətinin Binə qəsəbə nümayəndəliyi Tahir Əliyev, Binə Bələdiyyəsinin sədri Habil Həmidov , Birlik sədri Yasəmən Qəyyumlu, xeyriyyəçi Zaman Babayev, Ağayev Mirəddin, Din xadimləri və media rəhbərlərindən Turkmedia.info – nun rəhbəri Əkbər Sadıyev , Səda Tv – nin rəhbəri Elnur Şükürov, Xəzər Tv.info – nun rəhbəri Fərid Səfərov və digərləri çıxış edərək şəhidlərin qəhrəmanlığından danışılıb və tədbirin mahiyyəti haqqında fikir bildiriblər.

Tədbiri keçirməkdə əsas məqsəd şəhid ailələrini, vətən müharibəsi əlillərini və veteranları mütamadi olaraq diqqət mərkəzində saxlamaq və onlara lazımi qayğı göstərməkdir.

Tədbirin sonunda “Fazil Palace” nın rəhbəri Zaman Babayev, qazi Süleyman Süleymanov , Aynurə Ağayeva və Əkbər Sadıyev Birlik sədri Yasəmən Qəyyumlu nümayəndəlik vəsiqələri və birinci Qarabağ savaşında itkin düşən şəhid İsmayılov Vasifin qardaşı Rəhimə Zəfər diplomu ilə təqdim edilib.

Göstərdiyi xidmətlərinə görə Zaman Babayev Birlik tərəfindən Fəxri Diplomla təltif olunub.

Ankara escort İstanbul Travesti Shemale İstanbul