20 Sentyabr 2024 04:02

Şəhid Rüstəm Məmmədovun ad günü qeyd edildi

Azadsöz.az  xəbər  verir  ki, torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan əslən Göyçay rayonundan olan Rüstəm İbrahim oğlu Məmmədovun ad günü Mingəçevir Şəhidlər Xiyabanında şəhidin məzarı önündə qeyd olundu.

Mərasimdə Mingəçevir şəhər İcra Hakimiyyəti və Göyçay rayon İcra Hakimiyyəti Başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları,Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin Göyçay rayonu şöbəsinin nümayəndələri və göyçaylı şəhid ailələrinin üzvləri, qazilər, veteranlar, məktəblilər, ictimaiyyət nümayəndləri və şəhidin ailə üzvləri iştirak edirdilər.

Əvvəlcə şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub.

Mərasimdə çıxış edənlər şəhidin ailəsinə baş sağlığı verərək, Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlarından söz açıblar. Həmçinin, bildiriblər ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi və güclü ordumuzun qüdrəti altında qəhrəman oğullarımız sonsuz cəsarət və qəhrəmanlıq göstərərək həyatları bahasına torpaqlarımızı düşməndən azad ediblər. Bu gün üçrəngli bayrağımız respublikamızın bütün guşələrində olduğu kimi, işğaldan azad edilmiş torpaqlarımızda da əzəmətlə dalğalanmaqdadır.

Şəhid Rüstəm Məmmədovun keçdiyi qısa və mənalı həyat yolundan danışan tədbir iştirakçıları vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsini daim uca tutmağı, tarix yazan qəhrəman şəhidlərin and yerimizə, ziyarət məkanımıza çevriləcəklərini vurğulayıblar.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

Sonda məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.

Xatırladaq  ki, şəhid Rüstəm Məmmədov 10.08.1998-ci il Göyçay rayonunda  anadan olub.Həqiqi hərbi xidmətini bitirdikdən sonra MAXE kimi, qulluğa başlayıb.29 sentyabr  2020-ci il tarixdə Suqovuşan-Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra Azərbaycan Respublikası Prezdentinin sərəncamı ilə  “Vətən uğrunda” ,“Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.

 

 

 

 

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com