23 Noyabr 2024 20:03

2022-ci ilin ikinci rübündə Göyçay rayonunun İqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri

Azadsöz.az xəbər verir ki, 2022-ci ilin yanvar-iyun aylarında Göyçay rayonunda fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən əsasən 195291,8 min manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 19,3 faiz çox ümumi daxili məhsul istehsal edilmişdir.

Məhsul və xidmətlərin 16847,5 min manatı və ya 8,6 faizi sənayedə,104921,7 min manatı və ya 53,7 faizi kənd təsərrüfatında, 7486,9 min manatı və ya 3,8 faizi tikintidə, 2554,3 min manatı və ya 1,4 faizi nəqliyyatda, 992,9 min manatı və ya 0,5 faizi rabitədə, 62488,5 min manatı və ya 32,0 faizi ticarət və xidmət sahələrində istehsal edilmişdir.

Sənaye.2022-ci ilin yanvar-iyun aylarında sənaye istehsalı indeksi 164,7 faiz təşkil etmişdir.

Sənaye məhsulunun 82,7 faizi emal sənayesinin, 16,0faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,3 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı  bölmələrinin  payına  düşür.

Kənd təsərrüfatı.2022-ci ilin yanvar-iyun ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri104921,7 minmanat təşkil etmişdir ki, onun da 29831,1 minmanatı heyvandarlıq,  75090,6 minmanatı isə bitkiçilik məhsullarının payına düşür.

Bitkiçilik.2022-ci il üçün 19700,5 hektar sahədə kənd təsərrüfatı bitkilərinin cəmi əkini aparılmışdır. Bu da 2021-ci ilin müvafiq dövrü  ilə  müqayisədə5,2 hektar azdır.

 2022-ci ilin yazlıq əkinlərinin yekununa 12342,0 hektar taxıl sahəsi salamat qalıb ki, onun 6200,0 hektarını buğda, 6142,0 hektarını arpa sahəsi təşkil edir.

Ailə kəndli və digər fermer təsərrüfatlarında ümumilikdə 12695,0 hektar sahədə dənli bitkilərin əkini aparılmışdır. Ondan 6200,0 hektar sahədə əkilən buğda keçən illə müqayisədə 61,0 hektar və ya 1,0 faiz az, 6142,0 hektar sahədə əkilənarpa keçən illə müqayisədə 97,0 hektar və ya 1,6 faiz az, 50,0 hektar sahədəəkilən dən üçün qarğıdalı keçən illə müqayisədə 1,8 hektar və ya 3,7 faiz çox, 302,0 hektar sahədə əkilən çəltik keçən illə müqayisədə 167,0 hektar və ya 2,2 dəfə çox olmuşdur. Bundan əlavə 1,0 hektar sahədə darı əkilmişdir.

 2022-ci il  üçün 926,5 hektar sahədə tərəvəz, kartof və bostan bitkiləri əkilib. Onlardan677,5 hektar sahədə əkilən tərəvəz keçən ilin müvafiq dövrü ilə müqayisədə 90,0 hektar və ya 11,7 faiz az, 192,0 hektar sahədə əkilən kartof keçən illə müqayisədə 41,0 hektar və ya 27,2 faiz çox,57,0 hektar sahədə əkilən bostan bitkiləri keçən illə müqayisədə 20,0 hektar və ya 54,1 faiz çox əkilmişdir.

2022-ci il üçün ötən ilin payızlıq otları da daxil olmaqla568,5 hektar sahədə çoxillik otlar əkilmişdir. Keçmiş illərin çoxillik otları ilə birlikdə 6079,0 hektar təşkil edir. Əkilmiş çoxillik otların hamısı yonca sahəsidir.

6809,0 hektar meyvə və giləmeyvə sahəsi mövcüddur ki, bunun 147,9 hektarı yeni salınmışdır.

2022-ci ilin 01 iyul vəziyyətinə dənli bitkilərin 12352,0 hektar sahəsi biçilmiş və həmin sahədən 42055,0 ton məhsul toplanmışdır.

Mövsümün əvvəlindən sahələrdən30940,8 ton tərəvəz,3072,0 ton kartof,785,0 ton bostan, 7022,8 ton meyvə və giləmeyvə toplanmışdır. Məhsulların toplanışı davam edir.

Heyvandarlıq.2022-ci ilin yanvar-iyun aylarında quş əti də daxil olmaqla diri çəkidə 3939,0 ton ət, 11060,0 ton süd, 11088 min ədəd yumurta, 107,0 ton yun,bundan başqa 4,5 ton barama istehsal olunmuşdur.

2022-ci il iyulun 1-i vəziyyətinə 36677 baş iribuynuzlu mal-qara, o cümlədən 18228 baş inək və camış, 56784 baş qoyun və keçi  mövcud olmuşdur.

Tikinti.2022-ci ilin yanvar-iyun aylarında iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas  kapitala 2516,8 min manat vəsait yönəldilmiş, onun 96,4 faizi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmişdir. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin həcmi 69,6 faiz, tikinti-quraşdırma işlərinə sərf edilmiş vəsaitin həcmi isə 2,8 dəfə çox olmuşdur. İstifadə edilən investisiyanın 950,5 min manatı dövlət mülkiyyətinin, 1566,3 min manatı isə qeyri-dövlət mülkiyyətinin payına düşür.

 Tikinti müəssisələri tərəfindən 2022-ci ilin yanvar-iyun aylarında 7486,9 min manatlıq inşaat işləri görülmüşdür ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4977,6 min manat və ya 3,0 dəfə çox olmuşdur.

Pərakəndə ticarət və ödənişli xidmət.2022-ci ilin yanvar-iyun aylarında istehlakçıların tələbatlarının ödənilməsi məqsədi ilə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 188218,4 min manat olmaqla 2021-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 27344,6 min manat və ya 1,7 faiz  artmışdır.

2022-ci ilin yanvar-iyun aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2021-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 7,5 faiz artaraq 35665,3 min manat olmuşdur.

Nəqliyyat, informasiya və rabitə.2022-ci ilin yanvar-iyun aylarında avtomobil nəqliyyatı müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 389,0 min ton yük və 5073,0min nəfər sərnişin daşınmışdır. Bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 34,0 min ton yük və ya 9,6 faiz, 817,0 min sərnişin və ya 19,2 faiz  çoxdur.

2022-ci ilin yanvar-iyunaylarıərzində informasiya və rabitə müəssisələri tərəfindən əhaliyə,müəssisə və təşkilatlarafaktiki qiymətlərlə992,9 min manatlıq və ya 2021-ci ilin eyni dövrü ilə müqayisədə 82,8 min manat və ya 9,1 faiz çox xidmət göstərilmişdir.

Demoqrafik vəziyyət. 2022-ci il iyul ayının 1-i vəziyyətinə əhalinin sayı 383 nəfər və ya 0,3 faiz  artaraq 123389 nəfərə çatmışdır.

 Əhalinin ümumi sayından 37303 nəfəri (30,2 faizi) şəhər, 86086 nəfəri (69,8 faizi) kənd sakinləridir. Əhalinin 50,1 faizini kişilər,  49,9 faizini isə qadınlar təşkiledir.

 2022-ci ilin yanvar-iyun ayları ərzində758 doğulan körpə və 410 ölüm halı qeydə alınmış, əhalinin hər 1000 nəfərinə doğum səviyyəsi 12,4, ölüm səviyyəsi isə 6,7 təşkil etmişdir.

2022-ci ilin altı ayı ərzində qeydiyyat şöbələri tərəfindən313 nikah və 76 boşanma halları qeydə alınmış və əhalinin hər 1000 nəfərinənikahların sayı 5,1, boşanmaların sayı 1,2 olmuşdur.                       

Cari ilin yanvar-iyun ayları ərzində daimi yaşamaq üçün 41 nəfər gələn və 6 nəfər  gedən qeydə alınmış, miqrasiya saldosu müsbət  35 nəfər  təşkil etmişdir.

Əməkhaqqı və yeni iş yerləri.01 iyul 2022-ci il vəziyyətinə məşğul olanların sayı 57875 nəfər olmaqla  əhalinin 46,9 faizini  təşkil edir.

Məşğul əhalinin 11523 nəfəri və ya 19,9 faizi muzdla işləyənlərdir. 2022-ci ilin yanvar-may aylarında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 512,5  manat olmaqla ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,4 faiz artmışdır.    

RegionalMəşğulluq filialında  rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 2022-ci  il iyul ayının 1-i vəziyyətinə 167 nəfər  olmuşdur.

2022-ci il iyul ayının 1-i vəziyyətinə mövcud hüquqi şəxslərdə olmaqla 30 yeni iş yeri yaradılmışdır.

 Kənd təsərrüfatı və ərzaq məhsullarının qiymətləri.2022-ci ilin iyun ayında 2022-ci ilin may ayı ilə müqayisədə kənd təsərrüfatı və ərzaq məhsullarından kartof, pomidor, xiyar, sarımsaq, badımcan, şirin bibər, lobya, alma, armud, ərik, gilas, alça, çiyələk və şaftalının qiymətləri  ucuzlaşmışdır. Eyni zamanda soğan, quş əti, yumurta, kərə yağı, buğda unu, uzun düyü, pendir, qarabaşaq yarması, manna yarması, şəkər, şəkər tozunun qiymətləri  bahalaşmışdır.    

2022-ci ilin iyun ayında 2021-ci ilin iyun ayı ilə müqayisədə kənd təsərrüfatı və ərzaq məhsullarından quş əti, kərə yağı, buğda unu, uzun düyü, pendir, qarabaşaq yarması, manna yarması, şəkər, şəkər tozu, karamel, peçenyenin  qiymətləri  bahalaşmışdır.  Digər malların qiymətlərində ciddi dəyişiklik olmamışdır. 

 

Ankara escort İstanbul Travesti Shemale İstanbul