Azadsöz.az xəbər verir ki, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2022” kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Ləkçıplaq kəndi ərazisində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun məlumatına görə, ümumi çəkisi 830 kiloqram olan 1857 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.