24 Noyabr 2024 04:20

Gömrük orqanlarına işə qəbul müsabiqəsi başlayır – ŞƏRTLƏR

Azadsöz.az xəbər verir ki, Dövlət Gömrük Komitəsi gömrük orqanlarında xidmətə qəbul olmaq istəyən Azərbaycan Respublikasının vətəndaşları üçün növbəti müsabiqə elan edib.

Gömrük orqanlarında vakant vəzifələrin tutulması ilə bağlı müsabiqədə iştirak etmək üçün müvafiq ali təhsilə malik, vəzifənin tutulması şərtlərinə cavab verən və qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçmiş vətəndaşlar müraciət edə bilərlər.

Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768–IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”yə əsasən aşağıda qeyd olunan şəxslər gömrük orqanlarında xidmətə qəbul edilmirlər:

  1. yaşı 30-u keçmiş vətəndaşlar;
  2. Qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) çağırış yaşlı vətəndaşlar;
  3. ikili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər, tibbi rəyə əsasən fiziki və əqli pozuntularına görə gömrük orqanlarında işləməyə qadir olmayan, gömrük, digər hüquq mühafizə və ya başqa dövlət orqanlarında əvvəllər yol verdiyi kobud nöqsanlara və ya qulluqla bir araya sığmayan hərəkətlərə görə bu orqanlardan xaric edilmiş şəxslər.

Vətəndaşlar gömrük orqanlarında xidmətə qəbul olunarkən təqdim edilmiş sənədlər və məlumatlar qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlanılır.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 2022-ci il 13 dekabr tarixli 1000/284 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Gömrük orqanlarına xidmətə müsabiqə vasitəsilə qəbul qaydaları haqqında Təlimat”ın 9.8-ci bəndinə əsasən namizəd bu Qaydalarla müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatların verilməsi aşkar edildikdə, namizədin test imtahanında və (və ya) müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.

Müsabiqəyə təqdim edilən vakant vəzifələr:

  • Naxçıvan Baş Gömrük İdarəsi, Hədəfləmə və koordinasiya bölməsi, inspektor  (3 yer)
  • Naxçıvan Baş Gömrük İdarəsi, Skanlaşdırma şöbəsi, inspektor  (3 yer)
  • Naxçıvan Baş Gömrük İdarəsi, “Culfa” gömrük postu, inspektor (2 yer)
  • Naxçıvan Baş Gömrük İdarəsi, “Şahtaxtı” gömrük postu, inspektor (2 yer)
  • Naxçıvan Baş Gömrük İdarəsi, “Sədərək” gömrük postu, inspektor (1 yer)
  • Naxçıvan Baş Gömrük İdarəsi, Monitoriq şöbəsi, inspektor  (1 yer)
  • Xaçmaz Gömrük İdarəsi, Hədəfləmə və koordinasiya bölməsi, inspektor  (1 yer)
  • Xaçmaz Gömrük İdarəsi, “Xudat” gömrük postu, inspektor  (1 yer)
  • Tovuz Gömrük İdarəsi, Metodoloji təminat bölməsi, inspektor (1 yer)
  • Tovuz Gömrük İdarəsi, Əməliyyat və təhqiqat şöbəsi, əməliyyat müvəkkili (1 yer)
  • Balakən Gömrük İdarəsi, Əməliyyat və təhqiqat şöbəsi, təhqiqatçı (1 yer)
  • Gəncə Gömrük İdarəsi, Metodoloji təminat bölməsi, inspektor (1 yer)
  • Gəncə Gömrük İdarəsi, Hədəfləmə və koordinasiya bölməsi, inspektor  (1 yer)
  • Astara Gömrük İdarəsi, Rəsmiləşdirmə Mərkəzi, inspektor (4 yer)
  • Astara Gömrük İdarəsi, Rəqəmsal inzibatçılıq bölməsi, inspektor  (1 yer)
  • Astara Gömrük İdarəsi, Əməliyyat və təhqiqat şöbəsi, təhqiqatçı (1 yer)
  • Astara Gömrük İdarəsi, Hədəfləmə və koordinasiya bölməsi, inspektor  (1 yer)
  • Biləsuvar Gömrük İdarəsi, Rəsmiləşdirmə Mərkəzi, inspektor (1 yer)
  • Biləsuvar Gömrük İdarəsi, Əməliyyat və təhqiqat şöbəsi, əməliyyat müvəkkili (1 yer)
  • Biləsuvar Gömrük İdarəsi, Sənəd dövriyyəsi bölməsi, inspektor (1 yer)
  • Şərqi Zəngəzur Gömrük İdarəsi,”Xudafərin” gömrük postu, inspektor  (1 yer)
  • Şərqi Zəngəzur Gömrük İdarəsi, Skanlaşdırma bölməsi, inspektor  (1 yer)
  • “Şirvan” gömrük postu, inspektor  (1 yer)

Vakant vəzifələr haqqında daha ətraflı məlumatla buradan tanış ola bilərsiniz.

Vətəndaşlar qeyd olunan vakant vəzifələrdən yalnız biri üzrə müsabiqədə iştirak etmək üçün müraciət edə bilərlər.

Gömrük orqanlarında xidmətə qəbul ilə əlaqədar müsabiqə test imtahanı və müsahibə mərhələlərindən ibarətdir. Müsabiqənin test imtahanı mərhələsində iştirak etmək istəyən vətəndaşların qeydiyyatı 2024-cü il noyabrın 21-dən dekabrın 10-dək  aparılacaq.

Müsabiqənin test imtahanı 21 dekabr 2024-cü il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək.

Test imtahanı mərhələsində namizədlərə qanunvericilik üzrə 70, məntiqi təfəkkürün müəyyən edilməsi üzrə 15, dünyagörüşü üzrə 15 olmaqla, ümumilikdə 100 test tapşırığı təqdim olunacaq. Hər doğru cavablandırılmış test tapşırığı 1 balla qiymətləndirilir. Səhv cavablar doğru cavabların nəticəsinə təsir göstərmir. Test imtahanında 80 və daha artıq bal toplayan namizədlər müsabiqənin müsahibə mərhələsində iştirak hüququ əldə edirlər. Test imtahanında iştirak edən namizədlərin imtahan nəticələri və Komitədə vakant vəzifələr nəzərə alınmaqla müsabiqə komissiyasının qərarı əsasında müəyyən edilmiş keçid balı aşağı salına bilər.

Namizədlər test imtahanına daha səmərəli hazırlaşmaları üçün aşağıda qeyd olunan test imtahanı proqramları və ədəbiyyat siyahısı ilə tanış ola bilərlər:

Test imtahanı proqramı və ədəbiyyat siyahısı

Test imtahanda iştirak etmək istəyən vətəndaşlar Dövlət İmtahan Mərkəzinin internet saytında (//ekabinet.dim.gov.az) “Şəxsi kabinet”lərini yaratmalıdırlar (bax, “Şəxsi kabinet”in yaradılması və istifadə qaydası”). Şəxsi kabinetin yaradılması zamanı pul hesabı açılır. Namizədin imtahanda iştirak etməsi üçün ödənişin məbləği 118 AZN (ƏDV daxil olmaqla) təşkil edir. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat burada) istifadə etmək olar.

“Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra test imtahanında iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinin internet saytında “Azərbaycan Respublikasının gömrük orqanlarında xidmətə qəbul ilə əlaqədar test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat” elektron xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır.

Qeydiyyat zamanı vətəndaş haqqında ümumi məlumatlar (soyad, ad, ata adı, təvəllüd) “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi və vətəndaşın ali təhsili haqqında məlumatları “Tələbə-məzun” dövlət elektron məlumat sistemi vasitəsilə yoxlanılır.

Qeydiyyatdan əvvəl namizədlər təhsil haqqında məlumatlarının “Tələbə-məzun” dövlət elektron məlumat sistemində olub-olmadığını “Elektron hökumət” portalından Dövlət İmtahan Mərkəzinin “Vətəndaş haqqında “Tələbə-məzun” dövlət elektron məlumat sistemindən çıxarış” elektron xidməti vasitəsilə də öyrənə bilərlər.

Sistemdə müvafiq məlumatlar olmadıqda namizədin qeydiyyatı aparılmır. Bu halda namizəd ona aid məlumatların “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə daxil edilməsi üçün bitirdiyi təhsil müəssisəsinə müraciət etməlidir. Xaricdə təhsil almış namizədlər və sistemdə məlumatları olmayan digər namizədlər Dövlət İmtahan Mərkəzinə (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299 və ya Dövlət İmtahan Mərkəzinin regional bölmələrinə) müraciət etməlidirlər.

Test imtahanı kağız daşıyıcılar vasitəsilə aparılacaq. Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni qeydiyyat prosesi başa çatdıqdan sonra, imtahana 4-5 gün qalmış DİM-in saytı vasitəsilə çap edə biləcəklər. Bununla bağlı əlavə məlumat veriləcək. Namizəd buraxılış vərəqəsində göstərilən vaxtda və yerdə imtahanda iştirak etməlidir.  

Vakant vəzifə üzrə müsabiqədə ən yüksək nəticə əldə namizəd qalib hesab edilir və həmin namizədin müvafiq vakant vəzifəyə təyinatı nəzərdə tutulur.

Test imtahanının nəticələri, test imtahanında müvəffəqiyyət əldə edən namizədlərin müsahibə mərhələsində iştirakı üçün tələb olunan sənədlər, habelə müsahibələrin vaxtı və yeri barədə əlavə məlumat veriləcəkdir.

Ankara escort İstanbul Travesti Shemale İstanbul