Azadsöz.az xəbər verir ki, “Azəriqaz” İstеhsаlаt Birliyinin məlumatına əsasən noyabrın 23-də saat 09:00-dan işlər yekunlaşanadək Göyçay şəhəri ərazisində mavi yanacaqla təchizatında fasilə yaranacaq.
Qeyd edək ki, fasilənin yaranmasına səbəb daşıyıcı qaz kəmərlərində aşkar olunmuş qaz sızmaları ilə əlaqədardır.