17 May 2024 12:08

Şəhid Sənan Məmmədovun doğum günüdür-FOTO

Azadsöz.az xəbər verir ki, 27 iyulda 44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan Sənan Məmmədovun doğum günüdür. Sənan Tehran oğlu Məmmədov 2002-ci il iyulun 27-də Göyçay rayonunun Çaxırlı kəndində anadan olub. Orta məktəbi kənddə bitirib.

2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində döyüşlərə qatılıb, şərəflə vuruşub.Oktyabrın 21-də Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Xatırladaq ki, Prezident İlham Əliyevin 15.12.2020-ci il, 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Sənan Məmmədov ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilib.

Sənan Məmmədov — Vikipediya