Azadsöz.az xəbər verir ki, Tural Gəncəliyev Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri təyin edilib.
Tural Gəncəliyev bu vəzifədə Cavanşir Feyziyevi əvəzləyib.
Tural Gəncəliyev Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsində nümayəndə heyətinin rəhbəri kimi mayın 16-da Brüsselə səfər edəcək, Avropa Parlamentinin rəsmiləri ilə bir sıra görüşlər keçirəcək. Görüşlərdə əməkdaşlığın inkişaf etdirilməsi və bəzi aktual məsələlər barədə fikir mübadiləsi aparılacaq.