28 Noyabr 2024 16:55

Vətən müharibəsi iştirakçısı İlkin Məmmədov xalqdan kömək istəyir

Azadsöz.az  xəbər verir ki, İkinci  Qarabağ müharibəsində  könüllü  olaraq  döyüşlərdə  iştirak  edən  Göyçay  rayonun  Şıxbəy kənd  sakini  Məmmədov İlkin İlqar  oğlunun həyat  yoldaşı  1996-cı il təvəllüdlü  Məmmədova  Ayşən Elşən  qızı  qaraciyər  sirrozudan  əziyyət  çəkir. Dörd  ildi  müalicə  olunmağına  baxmayaraq, müsbət  nəticə  əldə  olunmayıb.Təcili  olaraq  qaraciyərin köçürülməsinə ehtiyac var.Bunun üçün əməliyyata  70 min manat lazımdır.Ailənin  maddi vəziyyəti  yaxşı deyil   ki, Ayşə  xanımın əməliyyatını  həyata  keçirsin. İlkin Məmmədov  həyat  yoldaşının  əməliyyatı  üçün  yardımsevər insanlardan kömək istəyir. 

Qeyd edək  k, 44 Günlük  Vətən müharibəsində iştirak  edən  Məmmədov İlkin İlqar  oğlu Füzuli, Qubadlı, Cəbrayıl, Hadrut, Tux kəndi və Şuşa  istiqamətində  gedən döyüşlərdə  iştirak  edib.Şuşa  döyüşlərində  yaralanan  igidimiz  baş beyin silkələnməsi postkommosion, qapalı  kəllə-beyin travması  alıb.

Prezident İlham Əliyevin  sərəncamlarına əsasən,  İlkin Məmmədov  “Qubadlının  azad olunmasına görə”,  “Füzulinin azad olunmasına görə” ,  “Cəsur döyüşçü”   medalları ilə təltif edilib.

Kömək etmək istəyən şəxlərdən xahiş olunur ki, aşağıda qeyd etdiyimiz nömrə ilə əlaqə saxlasınlar və ya bank hesabı vasitəsi ilə yardım etsinlər.

Ayşən Məmmədovanın həyat yoldaşı  İlkin Məmmədovun əlaqə nömrəsi : (050)  979 -66 -86

 

Ankara escort İstanbul Travesti Shemale İstanbul